Rafael Fiziyev Castin Qeycinin İliya Topuriya üzərindəki qələbəsinin ona inamını qaytarmağa kömək etdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, o, Manuel Torresi məğlub etdiyi döyüşdən ardından bunları söyləyib:
"Castin, məni nə qədər motivasiya etdiyindən heç xəbərin də yoxdur. Topuriyaya qarşı göstərdiyin performandan sonra sən məni yenidən özümə inanmağa məcbur etdin. Artıq özümə necə inanacağımı bilmirdim. O adam ora çıxdı və məni xoşbəxt etdi".
Qeyd edək ki, Fiziyev və Qeyci daha əvvəl iki dəfə üz-üzə gəlib. Hər iki döyüşdə amerikalı idmançı qalib gəlib.


