Bakıda baş tutan UFC tədbiri başa çatıb.

Offsideplus.az xəbər verir ki, gecənin sonuncu və əsas döyüşündə Rafael Fiziyev və Manuel Torres üz-üzə gəlib.

Fiziyev ikinci raundun əvvəlində rəqibini nokaut edib.

O, ardıcıl ikinci il Bakıda qələbə qazanmağı bacarıb.

Qalibiyyətdən sonra Fiziyev BMF kəməri uğrunda döyüşmək istədiyini bildirib.

Qeyd edək ki, UFC ilə Azərbaycan arasındakı müqavilə davam edir. Növbəti iki ildə də Bakıda UFC döyüşləri baş tutacaq.