UFC Fight Night Baku tədbirinin ilkin döyüşü çərçivəsində Tahir Abdullayev Cefferson Nasimento üzərində qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, yarışdan sonra keçirilən mətbuat konfransında T.Abdullayev əvvəlcə döyüşü şərh edib və rəqibə nə söylədiyini açıqlayıb:
"Bütün azərbaycanlı azarkeşlərə, xalqımıza, Ruslan müəllimə, komandasına təşəkkür edirəm. Rəqiblə nəinki birinci, ikinci, üçüncü raundda da danışdım. Deyirdim ki, bitirsin artıq. Qız kimi qaçma. Əlini qaldırırdı, nədir yenə səni yerə salmaq lazımdır, soruşurdum. Qələbəni bütün azərbaycanlılara və özümə həsr edirəm (gülür). Azərbaycanda uduza bilməzdim".
"Döyüşün 1 həftə açıqlandı və bu gün işi erkən bitirdin. Bəs daha əvvəldən döyüşəcəyin bəlli olsaydı, nə baş verəcəkdi?", sualına Tahir gülərək belə cavab verib:
"Onda heç döyüşməzdim. Zarafat edirəm. 3 həftə əvvəldən bilirdim. Hazırlaşırdım".
T.Abdullayev oktaqona "Mehtər marşı" ilə çıxmasının səbəbini izah edib: "Mən "Mehtər marşı"nı sevirəm. Məni tanıyanlar bilir ki, bu mahnı altında çıxış edirəm".
Azərbaycanlı döyüşçü növbəti rəqibinin kimliyi haqda bu sözləri deyib: "Növbəti rəqib planım yoxdur. Biz rəqib seçmirik, rəqibi verirlər".


