17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, yığmamızın rəqibləri də məlum olub.

2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

Oyunların təqvimi isə belədir:

11 noyabr 2026-cı il

Almaniya – Azərbaycan

 

14 noyabr

Şimali İrlandiya – Azərbaycan

 

17 noyabr

Litva – Azərbaycan