Davam edən milli fasilədə "Qalatasaray"ın ulduzu zədələndi.
Offsideplus.az xəbər verir ki, söhbət Viktor Osimhendən gedir. O, Nigeriya – DR Konqo oyununda zədələnərək fasilədə meydanı tərk edib.
Fransanın "L’Équipe" nəşri məlumat verib ki, Osimhen fasilədə meydanı “gözyaşları içində” tərk edib.
Zədənin ciddiyyət dərəcəsi hələlik məlum deyil.



