Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.
Bitola şəhərindəki "Petar Miloşevski" stadionundakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 3:1. Komandanın qollarını Kristina Bakarandze (8), Manə Mollayeva (28), Nigar Mirzəliyeva (37) vurub.


