Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyunu çərçivəsində San Marino ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, matç Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutub.
Ayxan Abbasovun komandası San Marinonu 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Qeyd edək ki, yığmamız ilk yoldaşlıq oyununda Maltaya 2:0 hesabı ilə uduzub.
9 iyun
22:00. Azərbaycan – San Marino 2:1
Qollar: Rəhman Daşdəmirov, 27, Renat Dadaşov, 49 - Nikola Nanni, 8.
Baş hakim: Marton Ruş
Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai
Dördüncü hakim: Bençe Çsonka
(Hakimlər briqadası Macarıstandandır)
Sombatxey, “Haladaş” stadionu


