"Barselona" rəhbərliyi Jul Kunde üçün daha bir əvəzləyici tapıb.

Offsideplus.az xəbər verir ki, rəhbərlik müdafiəçi Jul Kunde üçün sərfəli ehtiyat oyunçu axtarışındadır və siyahısına "Borussia Dortmund"un sağ cinah müdafiəçisi Xulian Reyersonu daxil edib.

Məlumata görə, Reyersonun agentliyi ilə "Barselona" arasında ilkin danışıqlar aparılıb, lakin hələlik heç bir konkret razılaşma əldə olunmayıb.

Oyunçunun "Dortmund" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir, lakin norveçli müdafiəçi yay transfer pəncərəsində komandadan ayrılmağa açıqdır.