La Liqa prezidenti Javier Tebas qanunsuz yayımlara dair açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, bunu oğurluq adlandırıb: “Qanunsuz yayım oğurluqdur, bu hətta Müqəddəs Kitabın Musa peyğəmbərin 7-ci əmrində də var. Bunu başa düşmək üçün mürəkkəb qanunlar lazım deyil.”
O, həmçinin əlavə edib: “Argentinada son dövrlərdə bəzi şirkətlər evlərə baxışlar keçirib. Əgər bu saytlar ən azından vergini ödəsəydi, və ya hüquqlar üçün bir şey ödəsəydi…
Əgər biz hər şeyin pulsuz olduğu bir dünya istəyiriksə, bəlkə başqa yerə köçməliyik… Şimali Koreya və ya başqa bir yer.”
Tebasın sözlərinə görə:
“Əminəm ki, piratçılıq yox olsaydı, futbol izləmək çox daha ucuz olardı.”



