İspaniyanın "Real" klubunun futbolçusu Rodriqo məşqlərə qatılmaqdan imtina edib.
Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, futbolçu ilə baş məşqçi Xabi Alonsonun da münasibətlərində problemlər yaranıb.
Alonso futbolçu ilə yolların ayrılmasını istəyib.
Qeyd edək ki, 24 yaşlı vinger cari mövsüm "Real"da 13 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.



