La Liqada "Hetafe" - "Real Madrid" oyununda futbolçular liqa rəhbərliyinə etiraz məqsədilə ilk 30 saniyədə hərəkət etmədən meydanda eləcə dayanıb.
Offsideplus.az xəbər verir ki, La Liga şərhçiləri isə buna bəhanə gətirərək bildirdi ki, futbolçular guya Qəzzanı (Fələstin) yad etmək üçün bu cür aksiya keçirib.
Qeyd edək ki, La Liqada bu tur bütün oyunlarda futbolçular etiraz məqsədilə 30 saniyəlik dayanma aksiyası edir. Etiraza səbəb liqanın "Villarreal" - "Barselona" oyununun ABŞ-də keçirilməsi qərarıdır.



