Vinísiusa qarşı Braziliyada məhkəmə işi açılıb. 

Offsideplus.az xəbər verir ki, “Real Madrid”in ulduz futbolçusu 25 yaşını qeyd etdiyi iki günlük möhtəşəm ad günü məclisinə görə Braziliyada məhkəməyə verilib. İyulun 19-dan 21-nə qədər davam edən tədbir qonşuların səs-küy şikayəti ilə nəticələnib.

Məlumata görə, məclis böyük tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş dəbdəbəli malikanədə baş tutub. Təxminən 500 nəfərin qatıldığı gecədə Vinísiusun komanda yoldaşı Eduardo Kamavinqa da iştirak edib.

Hazırda futbolçuya qarşı “ictimai qaydanın pozulması və yüksək səviyyəli səs-küyə səbəb olmaq” maddəsi üzrə iş açılıb.