"Barselona" klubu yarımmüdafiəçisi Frenki de Yonqla yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, niderlandlı futbolçu 2029-cu ilin yayına qədər katalon təmsilçisində çıxış etməyə davam edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

De Yonq 2019-cu ildən "Barselona"da çıxış edir. O, burada 267 oyuna çıxıb və 19 qol vurub.