"Real Madrid" Vinisius barədə gözlənilməz qərar verib.
Offsideplus.az xəbər verir ki, rəhbərlik mövsüm sonunda Vinisius üçün ərəblərdən gələcək təklifləri dəyərləndirməyə hazırdır.
Hətta madridlilər onu 250 milyon avroya satmağı hədəfləyib.
Qeyd edək ki, ötən aylarda ərəblər braziliyalı üçün 300 milyon avroluq təklif yollamağa və oyunçunun özünə mövsümlük 200 milyon avro maaşlıq və 5 mövsümlük müqavilə təklif etməyə hazır idilər. Lakin sonradan danışıqlar baş tutmamışdı.



