"Barselona" klubunda Dani Olmo da sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, onun 2-3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyalı futbolçu 26 oktyabrda keçiriləcək "El Klasiko"da komandasına kömək edə bilməyəcək.
Katalon klubunda Olmodan başqa Ter Ştegen, Qavi, Lamin Yamal, Xoan Qarsiya, Fermin Lopes və Rafinya da zədəlidir.



