La Liqada lider dəyişib.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in məğlubiyyətindən istifadə edən "Barselona" "Real Sosyedad"ı məğlub edərək zirvəni ələ keçirib.
Onlar bask klubu ilə görüşdə geri düşsə də, hesabı öz xeyrinə çevirməyi bacarıb - 2:1.
Bir neçə oyunu zədəyə görən qaçıran Lamin Yamal bu görüşdə meydanlara qayıdıb. O, meydançaya qayıdar-qayıtmaz Robert Levandovskiyə assist edərək komandasının qələbəsində vacib rol oynayıb.
"Barselona" 19 xalla liderdir. "Real Madrid" cəmi 1 xal geridədir.3-cü yeri 16 xala malik olan "Vilyarreal" tutur.



