"Real Madrid" rəhbərliyi La Liqanın qərarı ilə bağlı UEFA və FİFA-ya çağırış ünvanlayıb. 

Offsideplus.az xəbər verir ki, madridlilər liqa rəhbərliyinin 17-ci turdakı "Villarreal" - "Barselona" oyununun ABŞ-də keçirilməsi barədə planlarını qəbuledilməz adlandırıb. Onlar bu fikrə qarşı çıxaraq UEFA, FİFA və İspaniya Ali İdman Şurasına çağırış edib.

"Real Madrid" adıçəkilən 3 qurumdan bu plana qarşı çıxmalarını tələb edib və bu fikrin idman prinsiplərinə və rəqabətinə zidd olduğunu ifadə edib.