"Real Madrid" Vinisius Juniorla müqavilə uzatmaq barədə razılığa gələ bilmir.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu yeni sözləşmədə illik 30 milyon avro qazanmaq istəyir. Buna görə də danışıqlar son aylarda irəliləməyib.
Bu barədə ispaniyalı jurnalist Mario Kartaqena məlumat yayıb.
Vinisiusun "kral klubu" ilə hazırki sözləşməsi 2027-ci ilin yayında bitir. O, başa çatan mövsüm 58 oyunda 22 qol vurmağı bacarıb.



