"Real Madrid" gözlənilən ayrılığı rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Karlo Ançelotti cari mövsümün sonunda "kral klubu"ndan ayrılacaq.
Bu barədə klub rəsmi saytından məlumat yayıb.
Sabah keçiriləcək "Real Sosyedad"la matç italiyalı mütəxəssisin Madrid təmsilçisində baş məşqçi kimi son qarşılaşması olacaq.
Ançelotti 2021-ci ilin yayından "Real"da çalışır. O, 4 ildə "kral klubu" ilə 11 kubok qazanıb.



