"Mançester Siti"nin mərkəz hücumçusu Julian Alvares İspaniya nəhənglərinin "radar"ına düşüb.
Offsideplus.az SPORT-a istinadla xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Barselona" və Madrid "Real"ı yaxından maraqlanır.
Argentinalı forvardın MS ilə 2028-ci ilədək müqaviləsi var.
"Şəhərlilər" onun üçün uyğun məbləğ təklif ediləcəyi təqdirdə, Alvaresi satmağa razıdır.



