İspaniyanın "Barselona" klubu "Nyukasl Yunayted"ə Entoni Qordonun transferi ilə bağlı ödənməli olan ilk 22 milyon avroluq ödənişi təxirə salmaq üçün razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, ​ilkin şərtlərə əsasən cari ilin iyul ayında ödənilməli olan bu hissəli ödəniş artıq 2027-ci ilin iyuluna keçirilib.

Klubun ümumi qısamüddətli transfer borclarının yükünü yüngünləşdirmək məqsədi daşıyan bu razılaşma "Barselona"ya maliyyə baxımından nəfəs almağa imkan tanıyır.

Qeyd edək ki, kataloniyalıların ümumilikdə 93.4 milyon avro civarında qısamüddətli transfer öhdəlikləri qalmaqdadır.