"Arsenal"ın baş məşqçisi Mikel Arteta Martin Ödeqorun çıxışı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının "Napoli"yə qarşı oyununda norveçli yarımmüdafiəçi 75-ci dəqiqədə qələbə qolunu vurub. Bu mövsüm 5 oyunda 4 qol müəllifi olan Ödeqorun performansından razı qalan Arteta belə deyib:

"Bizə məhz belə oyunçular lazımdır – bu cür mentalitetə sahib, oyunun taleyini həll edə bilən və xarakter göstərən futbolçular. Hər hansı epizod uğursuz alınsa belə, onlar dayanmaq bilmir, yenidən cəhd edir, riskə gedir və inadla öz şanslarını axtarırlar. Son oyunlarda Martin daha tez-tez belə vəziyyətlərdə olur. Aydın hiss olunur ki, o, artıq özünə inam qazanıb və zərbəsindən sonra topun qapıya daxil olacağına inanır – bu dəfə də möhtəşəm qol vurdu".

Arteta əlavə edib: "Ondan hücumlara daha çox qoşulmasını istəmişdik, çünki buna tam qadirdir. Hazırda komandamızda topu hücum zonalarına çatdıran və onu əvvəlkindən daha səmərəli irəli aparan futbolçular çoxdur. Belə vəziyyətlərdə Ödeqorun mövqeləri və bucaqları dəyişməsi, rəqibi çaşdırması vacibdir. Bu oyunda o, bu tapşırığın öhdəsindən əla gəldi".

Baş məşqçi bildirib: "Martinə qarşısına qol vurmaq tapşırığı qoymuşam – hər həftə, hər oyunda qol. Tapşırıq budur".