İtaliyanın "Fiorentina" klubu baş məşqçi postundan qovulan Fabio Qrossoya qarşı hüquqi addımlar atmağı nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, klubun vəkilləri müqavilənin qalan hissəsinin təzminatını ödəməmək üçün işdənçıxarmanın əsaslı səbəbə əsaslandığını sübut etməyə çalışırlar.
Klub iddia edir ki, Qrosso idman direktoru Fabio Paratçiyə müraciət edərək, "Mən bunu bacara biləcəyimi düşünmürəm, mənim xətrimi istəyirsinizsə, məni işdən qovun" deyib. "Fiorentina" rəhbərliyi bu ifadəni məşqçinin öz istəyi ilə komandadan ayrılmaq istəməsi kimi qiymətləndirərək təzminat ödəməmək üçün hüquqi əsas kimi istifadə etməyi planlaşdırır.


