Braziliyanın "Flamenqo" klubunda çıxış edən Jorjinyo karyerasında gözlənilməz geri dönüşə imza ata bilər.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi İtaliya millisinin qarşıdakı beynəlxalq fasilə üçün açıqlanan ilkin heyətinə daxil edilib.  

​Xatırladaq ki, təcrübəli futbolçu sonuncu dəfə AVRO-2024-də "Skuadra Adzurra"nın şərəfini qorumuşdu və həmin vaxtdan bəri – iki ildən çoxdur ki, milli komandaya çağırılmırdı.

Onun Cənubi Amerikada, xüsusilə "Flamenqo" ilə keçirdiyi uğurlu mövsüm və göstərdiyi yüksək forma baş məşqçinin diqqətini yenidən üzərinə çəkib.

İtaliya millisi qarşıdakı UEFA Millətlər Liqası oyunlarında Türkiyə, Belçika və Fransa kimi güclü rəqiblərlə qarşılaşacaq.