Hücum xəttini gücləndirmək istəyən "Barselona" transfer siyahısında mühüm dəyişikliklər edib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin ilk hədəfi Xulian Alvares olsa da, bu transferin baş tutmayacağı təqdirdə "göy-qırmızılılar" alternativ olaraq böyük bir adı — Xari Keyni hədəf seçiblər.

Transfer danışıqları ilə bağlı sızan son detallar belədir:

  • Danışıqlar üçün yaşıl iş: "Bayern Münhen" rəhbərliyi ingilis qol silahını komandada saxlamaq istəsə də, müəyyən bir məbləğ qarşılığında masaya əyləşməyə hazırdır. Alman klubu 80 milyon avrodan yüksək olan təklifləri dəyərləndirə biləcəyini bəyan edib.

  • İlk təmas müsbətdir: "Barselona" rəsmiləri artıq Keynin yaxın ətrafı və menecerləri ilə əlaqə saxlayıblar. Futbolçunun düşərgəsindən gələn ilk reaksiyanın olduqca müsbət olduğu və Keynin İspaniyaya köçməyə isti yanaşdığı bildirilir.

Xulian Alvares transferində yaşanacaq gəlişmələrə görə "Barselona"nın yaxın vaxtlarda Keyn üçün "Bayern Münhen"ə rəsmi təklif göndərəcəyi gözlənilir.