"Real Madrid"in baş məşqçisi Joze Mourinyo klub rəhbərliyinə transfer planları ilə bağlı tələblərini çatdırıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis heyətdə səs-küylü və ulduz adlar görmək istəmədiyini bildirib.
Təcrübəli çalışdırıcı komandada daha çox eqosu olmayan və meydanda sonadək mübarizə aparacaq futbolçular görmək niyyətindədir.
Mourinyo rəhbərlikdən ulduz yox, komanda üçün qaçmağa hazır olan, ac və klubun emblemi uğrunda vuruşacaq oyunçuların transferini tələb edib.


