"Sabah" Velko Simiçi birdəfəlik transfer edib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi 29 yaşlı futbolçu ilə 2 illik yeni sözləşmə imzalayıb.

O, komandaya azad agent kimi qoşulduğu üçün reallaşan bu keçid transfer haqqı ödənilmədən baş tutub.

Qeyd edək ki, serbiyalı oyunçu ötən ilin avqustunda Türkiyənin "Sivasspor" klubundan icarə əsasında "Sabah" heyətinə cəlb edilmişdi.

"Bayquşlar"ın formasını geyindiyi müddətdə ümumilikdə 34 rəsmi matça çıxan Simiç, 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

V. Simiç geridə qalan mövsümdə komandası ilə həm Azərbaycan Premyer Liqasının, həm də ölkə kubokunun qalibi olub.