"Barselona"nın əsas transfer hədəflərindən birinin transferi baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, "Barselona" rəhbərliyi İtaliya millisinin və "İnter" klubunun müdafiəçisi Alessandro Bastoninin transferində yaranan durğunluğa görə futbolçudan narazı qalmağa başlayıb.
Kataloniya klubu hesab edir ki, 25 yaşlı müdafiəçi bu keçidin reallaşması üçün kifayət qədər səy göstərmir. Onlar Bastoninin "İnter" rəhbərliyinə təzyiq edərək 60 milyon avroluq tələbi aşağı salmasını istəyir.
Lakin italyan futbolçunun danışıqlar prosesində passiv qalması "mavi-qumral"ların səbrini daşırıb.
Hazırkı mərhələdə Bastoninin aktiv köməyinin olmadığını düşünən "Barselona" rəhbərliyi alternativ variantlara yönəlməyi planlaşdırır.
Əgər futbolçu transferin asanlaşması üçün klubuna qarşı hər hansı bir addım atmasa, İspaniya nəhəngi bu transferdən tamamilə imtina edə bilər.
Xatırladaq ki, "İnter" öz ulduz müdafiəçisini satmaq üçün 60 milyon avrodan aşağı heç bir təklifi nəzərdən keçirməyəcəyini qəti şəkildə bildirib.


