Azərbaycan I Liqasında XXV turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, lider "Şəfa" bu turda çempionluğunu elan edə bilərdi.
Lakin onlar səfərdə "Difai" ilə qolsuz heç-heçə edib. "Səbail" isə 3 cavabsız qolla "Zaqatala"ya qalib gəlib.
Son iki tura "Şəfa" "Səbail"in 5 xal önündə daxil olur.
Günün digər oyununda "Şimal" və MOİK bərabərə qalıb - 1:1.
I Liqa, XXI tur
6 may (çərşənbə)
16:00 "Difai" - "Şəfa" 0:0
Buzovna qəsəbə stadionu
16:00. “Şimal” – MOİK 1:1
Qollar: A.Qla, 40 // S.Fərəcov, 85
Şamaxı OİK stadionu
16:00. “Zaqatala” – “Səbail” 0:3
Qollar: A.Almeyda, 20, 34, P.Rikardo, 81
Zaqatala OİK stadionu


