Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8-10 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, yarışda 7 çəki dərəcəsində Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq. İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan bu turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Tam heyəti təqdim edirik:

Kişilər:

66 kq: Rəşad Yelkiyev, Turan Bayramov

73 kq: Rəşid Məmmədəliyev

90 kq: Aslan Kotsoyev

+100 kq: Camal Feyziyev, Uşanqi Kokauri

Qadınlar:

48 kq: Könül Əliyeva, Şəfəq Həmidova

52 kq: Gültac Məmmədəliyeva, Leyla Əliyeva

70 kq: Südabə Ağayeva