Türkiyə Kubokunda yarımfinal görüşü keçirilib.

Offsideplus.az xəbər verir ki, "Beşiktaş"ın qonağı olan "Konyaspor" matçın son dəqiqəsində vurduğu qolla rəqibini turnirdən kənarlaşdıraraq adını finala yazdırdı.

Konyaspor”un finaldakı rəqibi gələn həftə keçiriləcək "Gənclerbirliyi" – "Trabzonspor" matçından sonra dəqiqləşəcək.


Yaşıl-ağlılar final matçında qələbə qazanacaqları təqdirdə, UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Pley-off mərhələsinin nəticəsindən asılı olaraq klubun gələcəyi belə formalaşacaq:

  • Qələbə halında: Avropa Liqasının əsas mərhələsi.

  • Məğlubiyyət halında: Konfrans Liqasının əsas mərhələsi.


Əgər "Konyaspor" finalda məğlub olarsa, komandanın növbəti mövsüm Avropa kuboklarında iştirak etmək şansı qalmayacaq.