Dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC-nin rəsmi saytındakı heyət siyahısı yenilənib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı idmançı Fərman Həsənov (5-0) rəsmən siyahıya əlavə olunub.

Peşəkar karyerasında keçirdiyi 5 döyüşün hamısında qələbə qazanan təmsilçimiz, xüsusilə ABŞ-nin məşhur LFA turnirindəki performansları ilə dünyanın diqqətini çəkməyi bacarmışdı.

Həm yüngül, həm də yarım-orta çəkilərdə təcrübəsi olan Həsənovun hazırda 70 kq (yüngül çəki) divizionunda mübarizə aparması nəzərdə tutulur.

Qeyd edək ki, 27 iyun tarixində Bakıda "UFC Fight Night" baş tutacaq. Bu gecədə Fərman Həsənovun UFC-də rəsmən debüt edəcəyi gözlənilir.