"Oklahoma Siti Tander" NBA-in Qərb konfransının yarımfinal seriyasının ilk oyununda "Los-Anceles Leykers"i 108:90 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, son çempion həm hücumda, həm də müdafiədə inamlı oyun nümayiş etdirərək seriyada 1:0 önə keçib.
Qalib komandanın heyətində Çet Holmqren 24 xal və 12 ribaundla dabl-dabl edərək matçın qəhrəmanı olub.
Şey-Qilces Aleksandr və Edjey Mitçell isə hərəyə 18 xalla qələbəyə töhfə veriblər.
Lebron Ceyms isə qarşılaşmanı 27 xalla başa vurub və komandasının ən məhsuldar oyunçusu olub.


