"Real Madrid"in müdafiəçisi Ferland Mendi aldığı ağır zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.

Offsideplus.az xəbər verir ki, ​fransalı cinah müdafiəçisinin zədəsi gözləniləndən daha ciddi çıxıb. Tibbi müayinələrdən sonra məlum olub ki, Mendi ən azı beş ay yaşıl meydanlardan uzaq qalacaq.

Futbolçunun tezliklə əməliyyat olunacağı və reabilitasiya prosesinə başlayacağı bildirilir.