Misli Premyer Liqasının XXX turunda "Turan Tovuz" "Qarabağ" səfərində 1:2 hesabı ilə uzudub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçı şərh edib:
"Ümumilikdə ağır görüş oldu. Oyunda uzun müddət "Qarabağ"ın üstünlüyü vardı. İkinci hissənin əvvəlində buraxılan qollar oyunumuza təsir etdi. Sonda cəhdlərimiz oldu, lakin alınmadı. İkincilik uğrunda oyun olması baxımından həyəcan vardı".
Türkmən mütəxəssis Denis Marandiçinin durumu barədə açıqlama verib: "Əməliyyat olunub, yaxşı keçib. Ümid edirik ki, növbəti mövsümə qayıdar".


