Yeni baş məşqçi axtarışlarını sürətləndirən "Ayaks" klubu "Liverpul"un sükanı arxasında olan Arne Slotun namizədliyini nəzərdən keçirib.
Offsideplus.az xəbər verir ki, Niderland təmsilçisi təcrübəli mütəxəssisi komandanın başına gətirmək üçün artıq ilk təmaslara başlayıb. Hətta tərəflər arasında ilkin danışıqların baş tutduğu da bildirilir. Lakin "Ayaks"ın bu istəyi Slotun planları ilə üst-üstə düşməyib.
Arne Slot hazırda bütün diqqətini "Liverpul"un uğurlarına yönəldib və klubdan ayrılmağa isti baxmır.
Xatırladaq ki, "Ayaks" keçən mövsümdən bəri davam edən uğursuz gedişatı dayandırmaq üçün güclü və təcrübəli məşqçi axtarışını davam etdirir. Slotun imtinasından sonra Amsterdam klubunun siyahıdakı digər namizədlərə yönələcəyi bildirilir.


