"Barselona"nın sabiq prezidenti Xoan Laporta "Atletiko"nun argentinalı ulduzu Xulian Alvarez barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, bunları bildirib:
"Xulian Alvares əla futbolçudur və çoxları hesab edir ki, o, "Barselona"nın sisteminə uyğunlaşa bilər, amma o, bizi maliyyə baxımından sarsıda biləcək oyunçu deyil."

Laporta bildirib ki, ilk növbədə futbolçu istəyini rəsmən bildirməlidir:
"Əvvəlcə onun "Barselona"ya qoşulmaq istəyini göstərməsi lazımdır, bizə maraqlı olan oyunçulardan bunu gözləyirik, qiymət də münasib olmalıdır."

Laporta sonda qeyd edib ki, hazırda bu transfer qeyri-mümkündür:
"Hazırkı şərtlərlə istədikləri qiymətlə bu transfer mümkün deyil."