“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez klubdan ayrılmasından əvvəl baş verən proseslərlə bağlı yeni detallar paylaşıb.
Offsideplus.az xəbər verir ki, Xavi bildirib ki, son mövsümünün yanvar ayında rəhbərliyə mövsümün sonunda ayrılacağını deyib:
“Yanvarda onlara bildirdim ki, iyundan sonra davam etməyəcəyəm. Bu qərarın həm klub, həm də mənim üçün daha yaxşı olacağını düşündüm.”
Onun sözlərinə görə, bu açıqlamadan sonra komanda yaxşı nəticələr əldə etməyə başlayıb və rəhbərlik onu qalmağa razı salmağa çalışıb:
“Komanda qalib gəlməyə başladı və iki-üç ay ərzində – PSJ-yə Çempionlar Liqasında, “Real Madrid”ə isə La Liqada uduzana qədər – mənə davam etməli olduğumu deyirdilər.”
Xavi, həmçinin qeyd edib ki, bu mövzuda Alexandro Eçevarría ilə də görüşüb:
“Onlar məni qalmağa inandırmağa çalışırdılar. Hətta Alejandro Echevarría ilə üz-üzə görüşdüm, çünki qərarları əsasən onun verdiyini bilirdim.”
Xavi bildirib ki, rəhbərlik növbəti mövsümün planlarını artıq hazırladıqlarını və prezident Xoan Laportanın da onun qalmasına razı olduğunu deyib.
Lakin PSJ-yə məğlubiyyətdən sonra vəziyyət dəyişib. Xavinin sözlərinə görə, həmin vaxt Eçevarría ona zəng edib və görüşmək istədiklərini bildirib:
“O gün uşaqlarımı məktəbdən götürüb evə qayıdırdım. Alexandro mənə zəng etdi və görüşməli olduğumuzu dedi. Rəhbərlik iclas keçirmişdi və çoxu mənim davam etməyimə əmin deyildi.”
Xavi isə cavabında bildirib ki, bunun problem olmadığını deyib, çünki o, əvvəldən mövsümün sonunda ayrılacağını açıqlamışdı.


