Almaniyalı mütəxəssis Yurgen Kloppun yayda “Red Bull” futbol layihəsindən ayrılacağı dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, Klopp baş məşqçi kimi yenidən fəaliyyətə qayıtmaq niyyətindədir və bu məqsədlə “Real Madrid” klubu ilə ilkin, qeyri-rəsmi danışıqlar aparmağa hazırlaşır. 

Alman mütəxəssis artıq meydan kənarında işləməyi darıxdığını deyib və yenidən klub futboluna qayıtmaq istəyir.

Qeyd olunur ki, Kloppun ayrılmasından sonra “Red Bull” sistemində onun yerinə əsas namizədlərdən biri hazırda “Kristal Pelas” klubunu çalışdıran Oliver Qlasnerdir.

Bundan başqa, İngiltərə Premyer Liqasından da maraq var. Bildirilir ki, liqanın üç klubu artıq Kloppun nümayəndələri ilə əlaqə saxlayıb. Onların arasında mövsümün sonunda Premyer Liqada qalacağı təqdirdə “Tottenhem” klubunun da olduğu qeyd edilir.