“Barselona” klubu 2030-cu ildə keçiriləcək dünya çempionatının final matçının "Camp Nou" stadionunda təşkil olunmasını istəyir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi bu məsələ ilə bağlı ciddi planlar qurur və finalın məhz yenidən qurulan stadionda keçirilməsi üçün çalışır.

Lakin bu məsələ ilə bağlı əsas rəqib “Real Madrid” olacaq. Madrid klubu finalın "Santiago Bernabeu" stadionunda keçirilməsini istəyir.

Beləliklə, 2030 dünya çempionatının finalına ev sahibliyi uğrunda iki İspaniya nəhəngi — “Barselona” və “Real Madrid” arasında rəqabət yaranıb.