İspaniya Superkubokunda mövsümün ikinci yarımfinal oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, bu mərhələdə Madrid derbisi baş tutub.
23:00-da başlayacaq oyunda "Real Madrid" rəqib "Atletiko"nu sınağa çəkib.
"Real" hesabı erkən açıb. 2-ci dəqiqədə Federiko Valverde fərqlənib.
İlk hissə bu qolla başa çatıb və tərəflər fasiləyə yollanıb.
İkinci hissədə "Real" 2-ci qolu vurub. Rodriqo fərqlənib. Ardınca isə "Atletiko"dan Sorlot qol vuraraq hesab fərqini azaldıb - 1:2
Oyun bu hesabla başa çatıb və "Real Madrid" mövsümün finalına yüksəlib. Onların rəqibi "Barselona" olacaq.


