Ötən il dünyada transferlərə ən çox pul xərcləyən futbol klubları məlum olub.

Offsideplus.az FIFA-nın hesabatına istinadən xəbər verir ki, ilk üçlükdə “Mançester Siti”, “Liverpul” və “Çelsi” yer alıb. 

Almaniya Bundesliqasından “Bayer” dördüncü, “Leypsiq” isə beşinci pillədə qərarlaşıb.

Hesabata görə, futbol klubları transfer xərclərini ötən illə müqayisədə 50 faizdən çox artırıblar. 

İngiltərə klubları 2025-ci ildə oyunçu alışı üçün 3,82 milyard dollar xərcləyib və eyni zamanda bu keçidlərdən 1,77 milyard dollar gəlir əldə ediblər.