UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.

Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək:

"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

"Monako" (Fransa) - PSJ (Fransa)

"Qalatasaray" (Türkiyə) -"Yuventus" (İtaliya)

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

"Budyo-Qlimt" (Norveç) - "İnter" (İtaliya)

"Olimpiakos" (Yunanıstan) - "Bayer 04" (Almaniya)

"Brügge" (Belçika) - "Atletiko" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)

Qeyd edək ki, ÇL-də pley-offun ilk  oyunları 17–18 fevralda, cavab görüşləri isə 24–25 fevralda keçiriləcək.