Bu mövsüm Çempionlar Liqasında maraqlı bir yenilik tətbiq olunur.

Offsideplus.az xəbər verir ki, turnirdə ev meydanı üstünlüyü sabit qalmır və nəticələrə əsasən “ələ keçirilə” bilər.

Məsələn, liqa mərhələsini 16-cı pillədə bitirən bir komanda 2-ci yeri tutmuş rəqibini məğlub edərsə, turnirin qalan hissəsində 2-ci sıranın üstünlükləri ilə çıxış edəcək. Yəni həmin komanda növbəti mərhələlərdə yüksək reytinqli toxum (seed) kimi qəbul olunacaq və ev oyunu üstünlüyünü əldə edəcək.

Bu dəyişiklik pley-off mərhələsində balansı daha da maraqlı edir və aşağı yerlərdən gələn komandalar üçün əlavə motivasiya yaradır.