UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün baş tutacaq "Sabah" - "Levski" qarşılaşmasına satılmış bilet sayı bəlli olub.
Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytımıza açıqlamasında bu ana qədər 6000 biletin alındığını bildirib:
"Artıq 6000 bilet satılıb. Lakin satışlar davam edir, oyun saatına qədər daha çox olması ehtimalı var", deyə o, qeyd edib.
Qeyd edək ki, saat 20:00-da Bank Respublika Arenada keçiriləcək "Sabah" - "Levski" oyununa biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərsiniz.



