"Başakşehir" klubu UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.
Offsideplus.az xəbər verir ki, onlar doğma meydanda "Vikinq" klubunu qəbul edib. Tərəflər hərəyə 1 qol vurub və görüş 1-1 hesabla başa çatıb.
Nəticədə "Başakşehir" klubu iki oyunun cəmində 4-2 hesabla qalib gələrək adını play-off mərhələsinə yazdırıb.



