UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Araz-Naxçıvan"a qarşı Bakıda oynanılacaq matça "Omoniya" itki ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Henninq Berq oyundan öncə keçirilən mətbuat konfransında komandanın Bakıya tam heyətlə gəlmədiyini açıqlayıb.
"Anastasios Çatsiovanis zədə səbəbindən matçı buraxacaq. Fransis Uzoho viza problemi yaşayıb. O, Azərbaycana bu gün bir qədər gec gələcək".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" oyunu avqustun 7-si saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.



