"Araz-Naxçıvan"ın Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün saat 22:15-də qarşılaşacağı "Aris" itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Yunanıstan təmsilçisinin oyunçusu Karles Perezi it dişləyib. 27 yaşlı ispan oyunçu itini gəzdirərkən başqa bir itin hücumuna məruz qalıb. O itləri ayırmaq istəyən zaman digər it tərəfindən dişlənilib. Nəticədə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Yerli mətbuat futbolçunun "Araz-Naxçıvan"a qarşı matçı buraxacağını bildirir.
Qeyd edək ki, Elmar Baxşıyevin komandası Bakıdakı oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib.



