Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın "Partizani" klubunda ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumçunun debütü Konfrans Liqasının I təsnifat mərhələsi matçına təsadüf edib. O, "Nımme Kalyu"ya (Estoniya) qarşı oyunda start heyətdə meydana çıxıb və 91 dəqiqə mübarizə aparıb. Həmyerlimiz 39-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. 

Hazırda əlavə vaxt oynanılan matçda Estoniya təmsilçisi 1:0 hesabı ilə öndədir. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

Xatırladaq ki, V.İsgəndərlinin "Partizani"dən öncə son klubu "Boluspor" olub.