UEFA Konferans Liqasının 3-cü turunda sahasında Almaniya təmsilçisi "Frayburq"u qəbul edən "Trabzonspor" oyundan 1-0 hesablı məğlubiyyətlə ayrılıb.

​Offsideplus.az xəbər verir ki, qarşılaşmada qonaq komandaya qələbəni təmin edən qolu 14-cü dəqiqədə Lukas Kübler vurub.

​"Trabzonspor"un baş məşqçi postuna gəldikdən sonra çıxdığı son 7 rəsmi matçın hamısında qalib gələn alman mütəxəssis Tomas Reis komandanın başında ilk məğlubiyyətini alıb.

​Bu nəticədən sonra "Trabzonspor" Konfrans Liqasında 6 xalla yola davam edərkən, "Frayburq" da xallarını bərabərləşdirərək 6-ya çatdırıb.

​"Bordo-mavililər" Superliqanın 11-ci turunda "Alanyaspor"un qonağı olacaqlar; avrokuboklardakı növbəti matçda isə "ÇSKA Sofiya" ilə qarşılaşacaqlar.